Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
14:51 - 21 İyun 2024
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi ölkələrdə 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan saxta dərmanlarla bağlı tibbi məhsul xəbərdarlığı edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “ÜST-nin Qlobal Nəzarət və Monitorinq Sistemi (GSMS) 2022-ci ildən bəri bütün coğrafi bölgələrdə saxta semaqlutid məhsulları ilə bağlı məlumatların artdığını müşahidə edir”, - ÜST-ün dünənki açıqlamasında vurğulanıb.
Bu, bəzi hesabatların təsdiqindən sonra ÜST tərəfindən verilən ilk rəsmi bildirişdir.
Semaqlutidlər 2-ci tip diabetli insanlara qan şəkərinin səviyyəsini aşağı salmaq, ürək-damar xəstəlikləri riskini azaltmaq və arıqlamaq üçün təyin olunan dərmanlar kimi tanınır, çünki onlar da iştahı yatırırlar. Onlar hazırkı yüksək qiymətlərinə görə ÜST-ün diabetin idarə olunması üçün tövsiyə etdiyi müalicələrin bir hissəsi deyil.
ÜST bu səbəblərdən dərmanlara tələbatın artdığını və saxta istehsalın da eyni sürətlə artdığını bildirərək, saxta dərmanların insan sağlamlığına zərərini bildirib.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin