Cənubi Koreya-Rusiya gərginliyi - Səfiri nazirliyə çağırdılar

14:35 - 21 İyun 2024

Cənubi Koreya-Rusiya gərginliyi - Səfiri nazirliyə çağırdılar

Rusiya prezidenti Putinin Şimali Koreya səfəri zamanı imzalanan strateji tərəfdaşlıq sazişinin yaratdığı gərginlik artır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya, Şimali Koreya ilə Rusiya arasında imzalanan "Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsin"ə reaksiya olaraq Rusiyanın Seuldakı səfiri Georgi Zinovyevi Xarici İşlər Nazirliyinə çağırıb.

Cənubi Koreya hökumətindən verilən açıqlamaya görə, xarici işlər nazirinin birinci müavini Kim Honq-kyun Rusiyanın Seuldakı səfiri Georgi Zinovyevi nazirliyə çağıraraq, ölkəsinin Rusiya ilə Şimali Koreya arasında imzalanan razılaşmadan narahatlığını çatdırıb. Kim səfir Zinovyevə bildirib ki, Rusiyanın Şimali Koreyaya hərbi dəstəyi Cənubi Koreyanın təhlükəsizliyinə zərər verir və qaçılmaz olaraq Seul ilə Moskva arasında münasibətlərə “mənfi təsir” göstərəcək. Kim Rusiyanı məsuliyyətli davranmağa çağırıb.

Rusiyanın Seuldakı səfirliyindən verilən açıqlamaya görə, səfir Zinovyev görüş zamanı Rusiya ilə Şimali Koreya arasındakı əməkdaşlığın üçüncü ölkəni hədəf almadığını bildirib.

Cənubi Koreyanın Milli Təhlükəsizlik müşaviri Çanq Ho-jin, Milli Təhlükəsizlik Şurasının dünənki iclasından sonra verdiyi açıqlamada Seulun Ukraynaya indiyə qədər silah verilməməsi ilə bağlı mövqeyini yenidən nəzərdən keçirəcəyini bildirib. Rusiya prezidenti Vladimir Putin rəsmi səfərdə olduğu Vyetnamda verdiyi açıqlamada Cənubi Koreyanın Ukraynaya silah tədarükünün “çox böyük səhv” olacağı ilə bağlı xəbərdarlıq edib.

 

Fidan Əliyeva


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin