Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
12:18 - 21 İyun 2024
Türkiyənin Sakarya çayından çıxan milçəklərin "ölüm uçuşu" bu ilin əvvəlində başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, vətəndaşlar uçuşu izləmək üçün tarixi Sakarya körpüsünə axın edib.
Həyatlarının 99 faizini sürfə kimi suda keçirən günəşböcəkləri 1-3 illik yetişmə prosesini tamamlayıb və iyunun ortalarında ortaya çıxırblar.
Adətən iyul-avqust aylarında görülən, lakin bu ilin əvvəlində ortaya çıxan minlərlə milçək, Adapazarı səmtindəki tarixi Sakarya körpüsünün işıqlandırma dirəklərinin ətrafına toplaşıb.
Yüz minlərlə ağ milçəyin eyni vaxtda uçuşu qar yağışını xatırladıb.
Körpüdən istifadə edən sürücülər milçəklərin yolu ağ bürüməsi səbəbindən sürüşkən yerdə yavaş hərəkət etməli olublar. Ərazi daha sonra bələdiyyə qrupları tərəfindən təmizlənib.
Qeyd edək ki,cütləşən milçəklər sonradan kütləvi şəkildə ölüblər.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin