Koçaryanın məhkəməsinin vaxtı məlum oldu

17:52 - 26 Oktyabr 2021

Koçaryanın məhkəməsinin vaxtı məlum oldu

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryanın məhkəməsi noyabrın 2-dək təxirə salınıb.

Manset.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hakim Anna Danibekyan məlumat verib.

Vəkil Armen Gevorqyan vəsatətinin rədd edilməsinə etirazını bildirib. O, formal olaraq prosesdə iştirak etmək istəmədiyini deyib və məhkəmə zalından çıxıb. Məhkəmə ona xəbərdarlıq edib.

Bundan sonra hakim Anna Danibekyan vəkilin iştirak etməməsi səbəbindən iclası təxirə salmaq qərarına gəlib.

Xatırladaq ki, R.Koçaryan külli miqdarda rüşvət almaqda ittiham olunur.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin