Neft bazarına ABŞ-dan müsbət xəbər gəldi

21:34 - 20 İyun 2024

Neft bazarına ABŞ-dan müsbət xəbər gəldi

Ötən həftə ABŞ-da kommersiya neft ehtiyatları 2,55 milyon barrel azalaraq 457,1 milyon barrelə düşüb.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında məlumat açıqlanıb.

Hesabatdan aydın olur ki, həftə ərzində benzin ehtiyatları 2,28 milyon barel azalaraq 231,23 milyon barel təşkil edib.
Kommersiya distillat ehtiyatları isə 1,73 milyon barel azalaraq 121,64 milyon barrelə düşüb.

Mütəxəssislər neft ehtiyatlarının 2,6 milyon barrel azalacağını, benzin ehtiyatlarının 1,1 milyon barel və distillə ehtiyatlarının 1 milyon barrel artacağını gözləyirdilər.


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin