NATO-nun yeni baş katibi

17:55 - 20 İyun 2024

NATO-nun yeni baş katibi

Niderlandın Baş naziri səlahiyyətlərini icra edən Mark Rutte NATO-nun növbəti baş katibi olacaq.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, NATO-nun baş katibi vəzifəsinə təyin olunmaq üçün alyansa üzv olan 32 ölkənin hamısının dəstəyi lazım idi və o, artıq bu dəstəyi qazanıb. Macarıstan və Slovakiyanın onu dəstəkləməsindən sonra Rumıniya M.Rutteyə dəstəyini təsdiqləyib, Rumıniya Prezidenti Klaus Yohannis isə NATO-nun Baş katibi postuna namizədliyini geri götürüb.

"Rutte kritik anda NATO rəhbərliyi vəzifəsini öz üzərinə götürəcək. Oktyabrın 2-də Rusiyanın Şərqi Avropadakı təcavüzünün qarşısını almaq üçün ən uğurlu vasitə kimi xidmət edən hərbi ittifaqın taleyini təyin edəcək işə başlayacaq”, - məlumatda qeyd edilib.

 

Fidan Əliyeva


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin