Sənədsiz evlərlə bağlı yeni açıqlama
26 Noyabr 2024
17:31 - 20 İyun 2024
Türkiyədə süni intellektdən istifadə edərək imtahan vermək istəyən tələbə həbs edilib.
Manset.az xarici mediaya istinadla xəbər verir ki, tələbə internet bağlantısı, gizli kamera və biletdəki sualları oxuya bilən, eləcə də qulağındakı qulaqlıq vasitəsilə real vaxt rejimində cavab verə bilən süni intellekt proqramından ibarət mürəkkəb sistemdən istifadə edərkən tutulub.
Onun bu fırıldağı özünün qəribə davranışları sayəsində aşkarlanıb. Nəzarətçi abituriyentdə qəribə davranışlar hiss etməyə başlayıb. Bundan sonra o, binadan çıxarılaraq polisə təhvil verilib.
Qeyd edək ki, Türkiyədə universitet imtahanlarında fırıldaqçılıq ciddi cinayət hesab olunduğundan artıq o, həbs edilib.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin