Sənədsiz evlərlə bağlı yeni açıqlama
26 Noyabr 2024
16:37 - 20 İyun 2024
Serbiya millisi Albaniya və Xorvatiya azarkeşlərinin irqçi şüarlarına görə AVRO-2024-ü tərk etmək istədiklərini bildiriblər.
Manset.az xarici xəbər verir ki, bu barədə Serbiya millisinin rəsmi saytı məlumat yayıb.
Xorvatiya Albaniya görüşündə azarkeşlər "serbləri öldürün" şüarı səsləndirdiklərinə görə serbiyalılar turniri tərk etmək qərarına gəliblər. Buna səbəb olaraq isə azarkeşlərinin və futbolçularının təhlükəsizliyinin təmin olunmamasını göstəriblər.
Qeyd edək ki, Serbiya millisinin rəsmiləri hazırda UEFA ilə mövzu barədə görüş tələb ediblər.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin