Serbiya millisi AVRO-2024-ü tərk edə bilər - SƏBƏB

16:37 - 20 İyun 2024

Serbiya millisi AVRO-2024-ü tərk edə bilər - SƏBƏB

Serbiya millisi Albaniya və Xorvatiya azarkeşlərinin irqçi şüarlarına görə AVRO-2024-ü tərk etmək istədiklərini bildiriblər.

 

Manset.az xarici xəbər verir ki, bu barədə Serbiya millisinin rəsmi saytı məlumat yayıb.

Xorvatiya Albaniya görüşündə azarkeşlər "serbləri öldürün" şüarı səsləndirdiklərinə görə serbiyalılar turniri tərk etmək qərarına gəliblər. Buna səbəb olaraq isə azarkeşlərinin və futbolçularının təhlükəsizliyinin təmin olunmamasını göstəriblər.

Qeyd edək ki, Serbiya millisinin rəsmiləri hazırda UEFA ilə mövzu barədə görüş tələb ediblər.

 

Fidan Əliyeva


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin