Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
15:39 - 20 İyun 2024
Çin Sahil Mühafizəsi personalı Cənubi Çin dənizində Filippin ordusunun qayıqlarına balta və bıçaqlarla hücum edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Filippin ordusu ABŞ tank desant gəmisi Sierra Madre adlı qayalıqda gəmini göndərərkən bölgədə Çin Sahil Mühafizəsinin qayıqları ilə qarşılaşıb. İqtisadi zonada hər iki tərəfin əsgərləri üz-üzə gəlib və fiziki gərginlik artıb.
Filippin ordusu dünənki hadisə ilə bağlı görüntülər və açıqlamalar paylaşaraq bu açıqlamaları verib
-“İyunun 17-də Sierra Madredə humanitar rotasiya və təchizat missiyası zamanı Çin Sahil Mühafizəsinin məcburi, aqressiv və barbar hərəkətləri Filippin ordusunun gəmilərinə, o cümlədən rabitə və naviqasiya avadanlıqlarına ciddi ziyan vurub. Çin Sahil Mühafizəsinin əməkdaşları Filippin ordusu əsgərlərini yaralamaqla təhdid edən müxtəlif bıçaqlı və sivri uclu silahlar nümayiş etdirərkən kameralara da çəkiliblər".
Buna cavab olaraq Çin Xarici İşlər Nazirliyi də öz bəyanatında:
-"Filippin gəmi və qayıqlarının Çindən icazə almadan qanunsuz yerdə dayanmış hərbi gəmiyə tikinti materialları göndərdiyi və hadisə yerində manevrlər peşəkar, ölçülüb-biçilmiş, əsaslandırılmış və qanunauyğun olduğunu, həmçinin mübahisələri danışıqlar yolu ilə həll edəcəyini, eyni zamanda dənizdəki hər hansı pozuntu və təxribat hərəkətlərinə “qətiyyətlə cavab verəcəyini” vurğulayıb.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin