Qadın sərnişinin baqajından öz ürəyi tapıldı - ŞOK

14:53 - 20 İyun 2024

Qadın sərnişinin baqajından öz ürəyi tapıldı - ŞOK

Yeni Zelandiyadan Avstraliyaya gedən Jessica Manning adlı sərnişin Melburn hava limanını təhlükəsizlik xidmətinə böyük şok yaşadıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, sərnişini yoxlayan səlahiyyətlilər, onun əl yükündə plastik torbada möhürlənmiş ürək tapıblar.
Tapılan ürəyin Jessica Manning-in öz ürəyi olduğunu öyrənən səlahiyyətlilər şoka düşsələr də, 1 saatlıq yoxlamadan sonra onun keçməsinə icazə verilib.

Belə ki, onun səhətində problemlər olduğu üçün keçirdiyi əməliyyatlardan sonra həkimlər ona ürək köçürmə əməliyyatı ediblər.

Ürəyini tədqiqatçılara bağışlasa da, artıq ehtiyac qalmadığı üçün 10 ay sonra geri göndərildiyini deyən Manning, ürəyini o gündən saxladığını ifadə edib.

 

Fidan Əliyeva

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin