Rusiya daha bir təşkilatdan çıxır

23:30 - 19 İyun 2024

Rusiya daha bir təşkilatdan çıxır

Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsi Moskvanın ATƏT-in Parlament Assambleyasındakı işinin dayandırılması haqqında sənəd hazırlayır.

 

Manset.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə tapşırığı Rusiya Dumasının sədri Vyaçeslav Volodin verib.

O, Rusiyanın öz mövqeyini ATƏT PA-da ifadə etməsinə izn verilməməsi ilə barışmayacağını bildirib.

Volodin baş verənlərin məsuliyyətinin ABŞ və AB üzərində olduğunu deyib:

“Onların ATƏT-dəki fəaliyyəti Avropanın daxilində konfliktə gətirib çıxaracaq. Dialoqun olmaması etimadın itməsinə səbəb olur. Bunun axırı pis olacaq”.

Rusiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy isə deyib ki, burada dialoq yoxdur və bütün diskussiyalar rusofob xarakter daşıyır.

Jurnalistlərə açıqlama verən Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabbarov ATƏT-i gündəmi ukraynalaşdırmaqda ittiham edib.

Qeyd edək ki, ATƏT Rusiyanın Avropada qaldığı nadir inteqrasiya layihələrindən sayılır. Moskva bundan öncə Avropa Şurasını tərk etmişdi.


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin