Rusiyanın məşhur aparıcısı terrorçu və ekstremistlər siyahısına əlavə edilib

17:31 - 19 İyun 2024

Rusiyanın məşhur aparıcısı terrorçu və ekstremistlər siyahısına əlavə edilib

Rusiyanın məşhur teleaparıcısı Tatyana Lazervan terrorçu və ekstremistlər siyahısına daxil edilib. 

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

İyunun 17-də məlum olub ki, Lazarevaya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsi ilə cinayət işi başladıb.

Müvafiq sənədi Dövlət Dumasının deputatı Andrey Alşevskix dərc edib. 

Teleaparıcının ifadələrinin linqvistik təhlili aparıldığı, nəticədə terrora haqq qazandırmağa yönəlmiş məlumatların aşkar edildiyi aydınlaşdırılıb.

Bundan bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi rusiyalı teleaparıcını axtarışa vermişdi. Buna səbəb isə onun Ukrayna pilotsuz təyyarələrinin Rusiya şəhərlərinə hücum etməsinə sevinməsi ilə bağlı söylədiyi nitq olub. 

Moskva prokurorluğu bu ifadələrdən sonra onunla bağlı cinayət işi başladıb.

 

Fidan Əliyeva


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin