Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
16:57 - 19 İyun 2024
Gürcüstan matçının ulduzu Arda Gülərin matça bir neçə gün qalmış ağır xəstəliyə qalib gələn 10 yaşlı Aresə mənəvi dəstək verdiyi görüntülər ortaya çıxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, telefondan video zəng vasitəsilə Areslə əlaqə saxlayan dünya ulduzu, balaca oğlanın xəstəliyə qalib gəldiyini eşidəndə “Allaha şükür” deyib.
İldə milyonda 2-4 adamda aşkar edilən ciddi qan xəstəliyi olan aplastik anemiya diaqnozu qoyulan 10 yaşlı Ares bir ildən çoxdur müalicə üçün lazım olan uyğun kök hüceyrə axtarışında idi.
İstanbulda iki transplantasiyadan sonra xəstəliyinə qarşı böyük mübarizə aparan və qalib gələn 10 yaşlı Ares Avropa Çempionatı Türkiyə - Gürcüstan matçı öncəsi gözəl hədiyyə alıb.
Həmin görüntüləri sizə təqdim edirik:
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin