ABŞ-nin dövlət məktəblərində yeni qadağa

12:07 - 19 İyun 2024

ABŞ-nin dövlət məktəblərində yeni qadağa

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində tələbələrə akademik saatlarda dövlət məktəblərində mobil telefon və sosial mediadan istifadə qadağan ediləcək.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 120 gün ərzində qərarla bağlı plan hazırlanacaq və icra 2025-ci ilin yanvar ayından etibarən qüvvəyə minəcək. Sözügedən qadağa ölkənin ikinci ən böyük məktəb rayonu olan Los-Ancelesdə 429 mindən çox şagirdə aiddir.

Los Angeles Birləşmiş Məktəb Bölgəsi İdarə Heyətinin üzvü Nik Melvoin verdiyi açıqlamada:

-"Düşünürəm ki, biz burada qabaqcıl olacağıq və bunun nəticəsində tələbələr, bütün şəhər və ölkə bundan faydalanacaq" ,-deyə qeyd edib. 

Bildirilir ki, bu addım dərsdə diqqətin yayındırılmasının qarşısını almaq və şagirdlərin psixi sağlamlığını qorumaq məqsədi daşıyır.

ABŞ-də müəllimlər getdikcə daha çox tələbələrin cib telefonlarından istifadəsi ilə bağlı problemlərlə üzləşirlər, həmçinin telefonun diqqəti yayındırmasının "sinflərdə ciddi problem" olduğunu vurğulayırlar.

 

Fidan Əliyeva


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin