İtaliyanın keçmiş Baş Qərargah rəisi evində ölü tapıldı

11:27 - 19 İyun 2024

İtaliyanın keçmiş Baş Qərargah rəisi evində ölü tapıldı

İtaliya Baş Qərargahının keçmiş rəisi və hərbi gəmilər istehsal edən nəhəng şirkətlərindən biri olan "Fincantieri"nin sahibi Klaudio Qraziano evində ölü tapılıb. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın ANSA agentliyinin xəbərində 70 yaşlı Qratsianonun bu səhər Romadakı evində mühafizəçisi tərəfindən ölü tapıldığı bildirilib.

Qeyd olunub ki, bir müddət əvvəl həyat yoldaşını itirən Qratsiano intihar etmiş ola bilər və ölüm səbəbi ilə bağlı araşdırmalar davam edir. 

Qratsianonun ölüm xəbərindən sonra birjada satılan İtaliyanın dövlət şirkəti "Fincantier"i səhmlərinin yüzdə üç civarında dəyər itirdiyi bildirilib.

Xatırladaq ki, ordunun aparıcı zabitlərindən biri kimi qəbul edilən Qraziano əvvəllər İtaliya ordusunun Livan, Əfqanıstan və İraqda iştirak etdiyi müxtəlif beynəlxalq missiyalarda vəzifələr icra edib.

2011-2015-ci illərdə İtaliya Quru Qoşunlarının komandanı vəzifəsini icra edən Qratsiano 2015-2018-ci illərdə Baş Qərargah rəisi olub.

2018-2022-ci illər arasında Avrpoa İttifaqı Hərbi Komitəsinin sədri vəzifəsində çalışıb. 

 

Fidan Əliyeva


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin