Rəşad Sadıqovdan rəqib komanda ilə bağlı - Açıqlama

19:07 - 18 İyun 2024

Rəşad Sadıqovdan rəqib komanda ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bu gün “Zirə” UEFA Avropa Liqasında “Şerif”lə (Moldova) qarşılaşacaq.

 

Manset.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov püşklə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, “Şerif” Azərbaycan futboluna tanış rəqibdi:
"Avrokuboklarda 3 dəfə “Qarabağ”la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm. İnanıram ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq”.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin