Saatlıda 19 yaşlı gənc çayda boğuldu

18:55 - 18 İyun 2024

Saatlıda 19 yaşlı gənc çayda boğuldu

Saatlıda 19 yaşlı gənc çayda çimərkən boğulub.

 

Manset.az “Report”-a istinadən xəbər verir ki, hadisə Araz çayının rayonun Seyidlər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən batıb.

Yaxınları tərəfindən aparılan axtarışlar zamanı onun meyiti batdığı yerin yanında aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin