Bakıya külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs saxlanılıb

17:49 - 18 İyun 2024

Bakıya külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs saxlanılıb

Bakı şəhərinə külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs saxlanılıb.

 

Manset.az DİN-in Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən Rabil Məmmədov saxlanılıb. R.Məmmədovdan 6 kiloqram marixuana, 1 kiloqram metamfetamin, əlavə olaraq heroin və 70 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla onun narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə edərək maddi qazanc müqabilində paytaxt ərazisinə çatdırmağa razılaşdığı müəyyən edilib.

Araşdırma aparılır.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin