"Ola bilsin ki, bəzi nöqsanlara yol verilib" - Bakı merindən ETİRAF
22 Oktyabr 2024
16:44 - 18 İyun 2024
Polşalı fermerlər müsəlman ölkələrindən gələn qeyri-qanuni miqrantları qorxutmaq üçün Belarusla sərhəddə donuz peyini səpirlər.
Manset.az xəbər verir ki, bu barədə Ümumpolşa Fermerlərin Etiraz Təşkilatı məlumat yayıb.
"Biz hökumətə ərazimizi necə qoruyacağını göstərəcəyik", - deyə etirazçılar bildirib.
Demək olar ki, hər gün yüzlərlə miqrant Polşa-Belarus sərhədinə hücum edir, Polşa təhlükəsizlik qüvvələri onlara hər gün dəyənək və daş atıldığını, bir əsgərin isə bıçaq yarasından öldüyünü bildirib.
Polşa miqrasiya böhranında qonşu Belarusun hakimiyyətini günahlandırır. Minsk qeyd edir ki, Varşava vəziyyəti süni şəkildə gərginləşdirir. Belarus prezidenti Aleksandr Lukaşenko xəbərdarlıq edib ki, Minsk bundan sonra Aİ ölkələrinə qanunsuz miqrant axınının qarşısını almayacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin