Bakıda hoteldən oğurluq edildi

15:50 - 18 İyun 2024

Bakıda hoteldən oğurluq edildi

Paytaxtın Səbail rayonu ərazisində yerləşən hotellərin birindən 500 avro, dəyəri 280 manat olan qulaqlıq və 2 ədəd bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.

 

Manset.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Murad Bayramov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin