“Əvvəllər idarəolunan və qorxaq idim” - Aktrisa

15:45 - 18 İyun 2024

“Əvvəllər idarəolunan və qorxaq idim” - Aktrisa

Türkiyəli məşhur aktrisa Meriç Aral bir dərgiyə bilnməyən xüsusiyyətlərindən danışıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aral aktrisalığa təsadüfən başldığını bildirib.

O, özü haqqında bu ifadələrdən istifadə edib:

“Hüquq fakültəsi məzunuyam. Aktrisalığa cahil cəsarəti ilə başladım və özümü axışa buraxdım. Qərar verməzdən əvvəl daxili səsimi dinləyirəm. Hiss edirəm ki, peşman olmayacağam. Terapiya vasitəsilə yorulmamağı və özümü incitməməyi öyrəndim. Əvvəllər daha çox idarəolunan, qorxaq və kövrək idim. Zaman keçdikcə daha da soyuqqanlı oldum.  Özüm özümlə əylənirəm. Əminəm ki, uşaqlığım məni belə görməkdən xoşbəxt olardı”.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin