Cavanşir Paşazadədən AÇIQLAMA: "Sürücüm nə yazıb kimə nə dəxli var, salamatçılıqdır?"

11:39 - 26 Oktyabr 2021

Cavanşir Paşazadədən AÇIQLAMA:

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə ötən gün Özbəkistanda keçirilən prezident seçkiləri ilə bağlı özünün sosial şəbəkə hesabı üzərindən yazdığı statusda bir cümlədə bir neçə səhv buraxması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Onun xüsusən ölkəmizin adını düzgün yazmaması ciddi tənqid edilib.

 

İki gündür gündəmi zəbt edən bu biabırçı, eyni zamanda ürək ağrıdan məsələ ilə bağlı Manset.az-a açıqlama verən Cavanşir Paşazadə məlum yazını özü yazmadığını bildirib.


“O yazını mən yazmamışam, sürücüm yazıb. Ümumiyyətlə, mən belə işlərlə məşğul olmuram. Bir də ki, mənim sürücüm nə yazıb bunun kimə nə dəxli var. Təyyarədən indi düşmüşəm, çox danışmayacam. Nə baş verib salamatçılıqdır..”

 

Manset.az


Daha sonra əməkdaşımızın “Sürücünüzə də özünüzlə Özbəkistana aparmışdız?” sualına deputat “sağ olun” deməklə kifayətlənib.
 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin