Avropa İttifaqı mübahisəli qanunla razılaşdı

12:41 - 18 İyun 2024

Avropa İttifaqı mübahisəli qanunla razılaşdı

Avropa İttifaqı (Aİ) ölkələri aylardır müzakirə edilən “Təbiəti Bərpa Aktı” ilə bağlı razılığa gəliblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aİ-nin ətraf mühit nazirləri 27-28 iyun tarixlərində keçiriləcək Aİ sammitindən əvvəl Lüksemburqda bir araya gəliblər.

Qanunun məqsədi 2030-cu ilə qədər Aİ-də kənd təsərrüfatı torpaqlarının 10 faizində biomüxtəlifliyin dəstəklənməsi və bu məqsədlə bitki örtüyünün yaradılmasıdır.

 Əkin sahələrinin bir hissəsinin meşələrə, bağlara və bataqlıq ərazilərə çevrilməsini də nəzərdə tutan qanun üzv ölkələr daxilində etirazla qarşılanıb.

Qanunun həyata keçirildiyi təqdirdə istehsalın azalacağı, ərzaq məhsullarının bahalaşacağı, fermerlərin maliyyə sıxıntısı yaşayacağı, xüsusilə də müharibə dövründə qlobal ərzaq təminatında problemlər yaşanacağı irəli sürülüb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin