Bu günün havası - Proqnoz

10:10 - 18 İyun 2024

Bu günün havası - Proqnoz

İyunun 18-i saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb.
 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Göygöl, Gədəbəydə 1 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 37, Naxçıvan MR-da 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin