Onların maaşı ilə bağlı QƏRAR verildi
23 Oktyabr 2024
09:16 - 18 İyun 2024
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) mərhum lideri Vladimir Jirinovskinin nikahdankənar oğlu Oleq Eydelşteyn mirasa daxil olduğunu açıqlayıb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, məşhur rusiyalı jurnalist Kseniya Sobçaka verdiyi müsahibədə o, siyasətçinin əmlakının böyük hissəsini partiyaya buraxdığını, qalanını isə qohumları arasında bölüşdürdüyünü bildirib.
Varis Eydelşteynin sözlərinə görə, Jirinovski öz vəsiyyətində əmanətlərinin 70%-ni partiyaya verib, 20%-ni isə üç övladı arasında bölüşdürüb - hər birinə təxminən 6%.
O, atasının çox tənha olduğunu və ailə adamı olmadığına görə, heç vaxt evlənmədiyini bildirib.
Xatırladaq ki, Eydelşteyn (anasından keçən soyadı: Qazdarov) bu ilin iyununda məhkəmə tərəfindən rəsmi olaraq siyasətçinin varisi kimi tanınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin