Bu ərazilərdə 4 gün işıq verilməsində fasilə olacaq - XƏBƏRDARLIQ
24 Noyabr 2024
10:56 - 26 Oktyabr 2021
Bu gün səhər dünya bazarında keçirilən hərraclarda neftin qiyməti artıb.
Manset.az xəbər verir ki, Bakı vaxtı ilə saat 8.51-ə olan vəziyyətə görə “Brent” markalı neftin yanvar fyuçersləri 0,31 % bahalaşaraq 85,43 ABŞ dollarından, “WTI” markallı neftin dekabr fyuçersləri də 0,16 % bahalaşaraq 83,89 ABŞ dollarından satılıb. Ötən gün isə “WTI” 2014-cü ildən bu yana ilk dəfə 85 ABŞ dollarlıq həddi keçmişdi.
Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanı və bir sıra başqa OPEC+ iştirakçı ölkələrinin rəsmiləri bazardakı böhranın hələ tam başa çatmamasını, bu üzdən neft hasilatının artımında ehtiyatlı olmaq gərəkli olduğunu bildiriblər.
Bununla yanaşı, ekspertlərin rəyincə, neftin bahalaşmasına bu həftənin sonunda Avropa İttifaqı ilə İran arasında danışıqlar keçiriləcəyinə dair xəbərlər də təkan verib: “Bu, 2015-ci il nüvə razılaşmasını bərpa etməyə dair Vyanada daha geniş danışıqların başlanğıcı olar”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin