70 ildən sonra bacı və qardaşlar tanış oldu

21:03 - 17 İyun 2024

70 ildən sonra bacı və qardaşlar tanış oldu

İngiltərənin Uayt adasında yaşayan 76 yaşlı təqaüdçü hakim Cozi Moreinin qara dərili olduğu üçün onun nəsli həmişə ailə daxilində müzakirə mövzusu olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, o, övladlığa götürülmüş uşaq kimi böyüyüb.

Nəvəsi ona Milad bayramı hədiyyəsi olaraq ailə ağacı dəsti verib. Bu yolla o, Liverpulda yaşayan Cim Makloflin (77) və Kanadada yaşayan Lorreyn Uilyamsı (74) adlı bacı və qardaşını tapıb.

Digər bacı-qardaşları da öz keçmişləri ilə maraqlandıqları üçün məlumatlarını MyHerritage saytına yükləyiblər.

Beləliklə, Liverpulda doğulmuş və eyni atadan olan üç uşaq ilk dəfə Sauthemptonda  görüşüb.

İki yaşında olarkən ailəsi ilə birlikdə Kanadaya mühacirət edən Lorreyn ögey qardaşlarının varlığından xəbərsiz olduğunu deyib.

Keçmiş həvəskar boksçu və monastırlarda böyüyən gecə klubu sahibi Cim də başqa qohumlarının olmadığını düşündüyünü söyləyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin