"Ola bilsin ki, bəzi nöqsanlara yol verilib" - Bakı merindən ETİRAF
22 Oktyabr 2024
19:54 - 17 İyun 2024
ABŞ Dövlət Departamenti Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsi ehtimalı ilə bağlı Vaşinqtonun mövqeyini açıqlayıb.
Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Departament bu barədə “Amerikanın Səsi” radiosunun erməni xidmətinin sorğusuna cavabında bildirib:
“Buna Ermənistan hökuməti özü qərar verməlidir və biz buna hörmətlə yanaşırıq. Biz Rusiyanın hərbi mövcudluğunun Cənubi Qafqazın daha dinc və sabit regiona çevrilməsinə töhfə verdiyini göstərən heç nə görməmişik”.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 12-də parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-ni tərk edəcəyini açıqlayıb. Onu da qeyd edək ki, Paşinyan cari ilin fevralında İrəvanın KTMT-də iştirakını dondurduğunu açıqlamışdı. Mart ayında isə o bildirib ki, Ermənistan İrəvan tərəfindən ölkənin suveren əraziləri barədə qaldırılan məsələlərə təşkilat tərəfindən cavab almazsa KTMT-ni tərk edəcək. Bununla belə, Ermənistan bu açıqlamalardan daha əvvəl təşkilatın tədbirlərində iştirakını dayandırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin