Fransa artıq Avropada ən yüksək bazar dəyərinə malik birjaya sahib deyil

16:10 - 17 İyun 2024

Fransa artıq Avropada ən yüksək bazar dəyərinə malik birjaya sahib deyil

Fransada prezident Emmanuel Makronun gözlənilmədən növbədənkənar seçki keçirmək qərarı bazarlara mənfi təsir göstərib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Parisin təxminən 2 ildir əlində saxladığı Avropanın ən böyük bazar dəyərinə malik birjasına sahiblik ünvanını Londona itirib.

Birjada son dəyər itkiləri ilə Fransa birjasında şirkətlərin bazar dəyəri 3,13 trilyon dollara qədər azalıb.

3,18 trilyon dollarlıq bazar dəyəri ilə London Birjası 2 il əvvəl Parisə uduzduğu Avropanın ən böyük birjası ünvanını geri qaytarib.

İyunun 9-da Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə ifrat sağçılar üstün olduqdan sonra Makron erkən seçki keçirmək qərarına gəldikdən sonra Fransa şirkətlərinin bazar dəyərində təqribən 258 milyard dollar azalma olub.

Ölkədə keçirilən erkən seçkilərin yaratdığı siyasi qeyri-müəyyənlik mühitində Fransa fond bazarının göstəricisi olan CAC 40 indeksi 6 faizdən çox itki ilə 2002-ci ildən bəri ən böyük həftəlik itkisini yaşayıb.

İyunun 9-da Fransada keçirilən Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçı Milli Birlik (MN) 31,37 faiz səslə böyük fərqlə birinci, prezident Emmanuel Makronun partiyası Rönesans isə 14,60 səslə ikinci olub.

AP seçkilərinin nəticələrinin açıqlanmasından sonra Makron parlamenti buraxmaq və 30 iyun-7 iyul tarixlərində növbədənkənar seçkilər təyin etmək qərarına gəldiyini açıqlayıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin