Azərbaycanda orta aylıq əməkhaqqının həcmi açıqlandı
16 Noyabr 2024
10:47 - 26 Oktyabr 2021
Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev işlədiyi qurumdan tapança oğurlayıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, 2020-ci ilin dekabrında idarənin balansında olan “Zəfər K” tapançalarından birini saxlanc yerindən gizlincə götürərək dostunun bağında gizlədib.
Bakı şəhər Baş Polis İdarəsinin dekabrın 29-da apardığı yoxlama zamanı 1 silahın çatışmadığı məlum olub. Araşdırma nəticəsində müəyyən edilib ki, silahı polis əməkdaşı Musa Allahverdiyev oğurlayıb və Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayevin bağında gizlədib. Silahın olduğu çantada tapançadan əlavə qandal və dəyənək də olub. 2021-ci ilin aprelində hər iki polis saxlanıb.
Hazırda onların cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam etdirilir.
Məhkəmədə ifadə verən Musa Allahverdiyev deyib ki, silahı pula ehtiyacı olduğu üçün, satıb qazanc əldə etmək məqsədilə oğurlayıb. Onun sözlərinə görə, bağa apardığı çantanın içində tapança olmasından dostu Elxan Mustafayevin xəbəri olmayıb. PPX əməkdaşı E.Mustafayev də silahın oğurlanmasından və onun bağında gizlədilməsindən məlumatı olmadığını deyib.
2020-ci ilin dekabrında yoxlama zamanı silahın yoxa çıxdığı aşkarlananda bir sıra şəxslər cəzalandırılıb. Sabunçu RPİ-nin Növbətçi hissənin rəisi Səhrab Rzayev vəzifəsindən azad edilərək sərəncama göndərilib. Silahı oğurlayan şəxslər tutulduqdan sonra S.Rzayev 13-cü Polis Bölməsinə inspektor təyin edilib.
Məhkəmədə dindirilən Səhrab Rzayev deyib ki, silah Vətən Müharibəsi dövründə oğurlanıb: “Silahın yoxa çıxması məsələsinin üstü açılandan sonra dəfələrlə əməkdaşlara təklif etdik ki, kim götürübsə, gizlicə də olsa, gətirib yerinə qoysun. Çünki ora başqa adamların giriş imkanı yox idi. Pandemiya dövrü idi, üstəlik, müharibə də başladı, iş rejimi həddindən artıq ağır idi. Ona görə silahların mütəmadi sayılması kimi işlərə bəzən imkan olmurdu".
M.Allahverdiyev və E.Mustafayev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) və 232.2.3 (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələri ilə ittiham edilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin