Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
25 Noyabr 2024
15:55 - 17 İyun 2024
Rusiya prezidenti Vladimir Putin iyunun 18-19-da Şimali Koreyaya səfər edəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya lideri oradan Vyetnama keçəcək.
Kremldən verilən açıqlamada deyilir: “Şimali Koreyanın dövlət işləri üzrə rəhbəri Kim Çen Inın dəvəti ilə Vladimir Putin iyunun 18-19-da Koreya Xalq Demokratik Respublikasına dostluq dövlət səfəri edəcək”.
Şimali Koreya lideri Kim Çen In ötən ilin sentyabrında Rusiyanın Uzaq Şərq regionuna səfəri zamanı Putini dəvət etmişdi.
Putin 2000-ci ilin iyulundan bəri Pxenyana səfər etmir.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin