İsmayıllıda avtomobil qəzası olub üç nəfər yaralanıb

13:13 - 17 İyun 2024

İsmayıllıda avtomobil qəzası olub üç nəfər yaralanıb

İsmayıllıda avtomobil qəzası baş verib.
 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Qəbələ sakini, 1998-ci il təvəllüdlü Fəxri Əli oğlu Məcidli, 1993-cü il təvəllüdlü Qafur Qafar oğlu Babazadə və 1986-cı il təvəllüdlü, Bakı sakini Əbülfət Əli oğlu Əliyev İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin