Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO

09:35 - 17 İyun 2024

Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO

Tanınmış jurnalist Sərxan Kamallı 41 yaşında vəfat edib.

 

Manset.az bildirir ki, bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıblar. O, ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirilmişdi. Komatoz vəziyyətdə olduğu bildirilirdi.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, 1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı iyunun 16-sı saat 6:25-də insult səbəbilə Xətai Tibb Mərkəzinin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

"Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, iyunun 17-si saat 7:15-də beyindaxili qansızma, soltərəfli hemiplegiya, baş-beyin ödəmi, ağciyər ödəmi səbəbindən dünyasını dəyişib", - məlumatda bildirilir.

Sərxan Kamallının ölüm səbəbi açıqlandı


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin