9 mərtəbəli 2 bloklu yaşayış binasına da, 2 mərtəbəli uşaq bağçasına da 3 milyon - BUNU MİDA EDİR...

08:51 - 26 Oktyabr 2021

9 mərtəbəli 2 bloklu yaşayış binasına da, 2 mərtəbəli uşaq bağçasına da 3 milyon - BUNU MİDA EDİR...

Hamıya məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, MİDA bir neçə ildir ki, güzəştli mənzillərin tikintisini və satışını həyata keçerir. Bunun üçün dövlət tərəfindən hər il milyonlarla manat vəsait xərclənir. Hazırda MİDA Bakının Yasamal rayonunda iki və Hövsan qəsəbəsində dörd sosial yaşayış kompleksinin tikintisi və idarəçiliyi ilə məşğuldur və eyni zamanda Sumqayıtda iki, Gəncədə bir, Lənkəranda da bir yaşayış kompleksinin tikintisi ilə bağlı layihələr həyata keçirir. Bu layihələri MİDA satınalmalar yolu ilə həyata keçirir. Hansı ki, keçirilmiş tenderlərin nəticələri ilə bağlı məlumatlarla dövlət satınalmalarının rəsmi internet portalından əldə etmək olar.

Manset.az xəbər verir ki, Aktualinfo.org ötən araşdırma yazıların birində Mənzil İnşaatı Dövlət Agentliyinin keçirdiyi tenderlərdə çübhəli məqamlara toxunmuşdu. MİDA rəsmiləri həmin məlumatlara aydınlıq gətirmədilər. İndi çox istərdik ki, MİDA rəsmiləri bu məsələyə aydınlıq gətirsinlər. Necə olur ki???

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının tikintisi üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 3 679 397.22 manat məbləğində satınalma müqaviləsi 22.10.2021-ci il tarixdə “YAR İNŞAAT TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının tikintisi üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 3 698 862 manat məbləğində satınalma müqaviləsi 11.08.2021-ci il tarixdə “CHİNAR İNSHAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının tikintisi üzrə bağlanmış müqavilə barədə elan dövlət satınalmalarının rəsmi internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi sözügedən ərazidə uşaq bağçasının tikintisinə ilk dəfə 30.04.2021-ci il tarixdə elan olunduğu göstərilir. Növbəti dəfə 11.08.2021-ci il tarixdə “CHİNAR İNSHAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlanması barədə elan verilir. Daha sonra isə 22.10.2021-ci il tarixdə “YAR İNŞAAT TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanması barədə yenə məlumat yerləşdirilr. Bir uşaq bağçasının tikintisi üzrə tenderin 3 dəfə dövlət satınalmalarının rəsmi internet portalına yerləşdirilməsi şübhələrin başlanğıcıdır. Əsas şübhə doğuran məqamlar isə hələ qarşıdadı.

Qeyd edək ki, sözügedən “YAR İNŞAAT TƏMİR-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə MİDA arasında bundan əvvəl də, elə həmin ərazidə, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksində 59 və 60 nömrəli 9 mərtəbəli 2 bloklu, 58 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi üzrə 8 867 772.53 manat məbləğində satınalma müqaviləsi 30.11.2020-ci il tarixdə bağlanmışdır. Yaşayış binalarınin tikintisi orta hesabla 3 milyon manata başa gəldiyi görsənir.

Bundan əlavə MİDA Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksinin tikintisi üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 6 031 474.9 manat məbləğində satınalma müqaviləsini 30.12.2020-ci il tarixdə “ARAZ İNŞAATÇİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamışdır.

Mənzil İnşaatı Dövlət Agentliyinin keçirdiyi tenderlərdə şübhə döğuran bir çox suallar da elə buradan yaranır. MİDA-nın Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksinin tikintisinə milyonlarla manat dövlət vəsaitinin yatırdığı elan olunan tenderlərdə açıq aydın görünür. Onlardan yalnız birini yuxarıda nümunə kimi göstərdik. Bu nümunə nə üçündür? Göründüyü kimi MİDA tərəfindən Hövsan yaşayış kompleksində 53 və 54 nömrəli 9 mərtəbəli 2 bloklu binanın yalnız tikintintisinə ( binaların qazlaşdırılmasına, elektrik işlərinə, su və istilik sisteminin quraşdırılmasına ayrı vəsait ayrılır) 6 031 474.9 manat ayrılıb ki, 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisnin hər biri orta hesabla 3 015 737.45 manata başa gəldiyi görsənir. Yəni, 9 mərtəbəli 2 bloklu yaşayış binalarına 2 mərtəbəli 240 yerlik uşaq bağçasından qat-qat çox tikinti materialı sərf olunduğunu burada kimsəyə sübut etməyə ehtiyyac qalmır.

Belə olan təqdirdə MİDA-nın Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının tikintisinə 3 679 397.22 manat dövlət vəsiti ayırması sizdə şübhə yaratmırmı? 9 mərtəbəli 2 bloklu yaşayış binasına da üç milyon, 2 mərtəbəli 240 yerlik uşaq bağçasına da 3 milyon. Bunlar nə dərəcədə inandırıcı

Mənzil İnşaatı Dövlət Agentliyinin keçirdiyi şübhəli tenderlər bunlarla bitmir. Apardığımız araşdırmalar zamanı Agentliyin keçirilmiş olduğu daha bir tenderdə də suallar doğuran nünslarla üzləşdik.

Belə ki, MİDA Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi – Hava Limanı 12-ci km “22” ünvanında inşa olunan yaşayış kompleksində əlavə süni örtüklü metal torla hasarlanmış idman- oyun meydançalarının və idman qurğuları ilə təchiz edilmiş açıq meydançaların tikintisi üzrə müsabiqə yolu ilə keçirdiyi tenderdə 448 609.8 manat məbləğində satınalma müqaviləsini 01.09.2020-ci il tarixdə “19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamışdır. Qeyd edək ki, elanda açıq meydançaların tikintisi göstərilsə də, şərtlər toplusunda meydançaların miqdarı 1 göstərilmişdir.

Süni örtüklü, metal torla hasarlanmış idman- oyun meydançalarını təsəvvürünüzə gətirin. Yuxarıdakı şəkil də MİDA-nın Hövsan qəsəbəsindəki yaşayış kompleksində inşa olunmuş süni örtüklü idman meydançalarından biridir. Belə meydançalardan Bakı şəhərində çoxdur və tez-tez rast gəlinir. MİDA-nın eni-uzunu bəlli olmayan 1 ədəd süni örtüklü metal torla hasarlanmış idman- oyun meydançasının tikintisinə 500 min manat civarında vəsait ayırması da sizlərə şübhəli gəlmirmi?


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin