Mingəçevirdə qayığın yanması nəticəsində xəsarət alanların son vəziyyəti

10:42 - 16 İyun 2024

Mingəçevirdə qayığın yanması nəticəsində xəsarət alanların son vəziyyəti

Mingəçevirdə qayığın yanması nəticəsində xəsarət alanların son vəziyyəti açıqlanıb.

 

Manset.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, Mingəçevirdə baş verən hadisə ilə əlaqələr 15.06.2024-cü il tarixində saat 20:20 radələrində 10 nəfər (3-ü qadın cinsli, 7-si kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 8 nəfər (3-ü qadın cinsli, 5-i kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin (kişi cinsli) müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Vəziyyətləri stabildir.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin