İlham Əliyev özü ilə bağlı qanuna VETO qoyacağını AÇIQLADI

00:28 - 26 Oktyabr 2021

İlham Əliyev özü ilə bağlı qanuna VETO qoyacağını AÇIQLADI

"Bizim qanunverici orqanımız olan Milli Məclisdən xahiş edirəm ki, Müzəffər Ali Komandan, Prezidentimiz cənab İlham Əliyevə "Azərbaycanın daimi Prezidenti” adı verilsin. Xahiş edirəm ki, xalqımız da, Milli Məclis də bunu qəbul etsin”.

 

Manset.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qubadlı ictimaiyyəti ilə görüşündə Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov deyib.

 

Dövlət başçısı isə bu təkliflə razılşamayıb: 

 

"Mən veto qoyacağam ona, mənim belə hüququm var. Çox sağ olun, təşəkkür edirəm, sağ olun. Bu səmimi sözlərə görə minnətdaram. Ancaq mənim üçün ən böyük mükafat bax, sizin burada olmağınızdır, keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur. Budur mənim üçün ən böyük mükafat”, - deyə dövlət başçısı əlavə edib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin