"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası qırıldı

00:46 - 26 Oktyabr 2021 - İDMAN

"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub.

 

Manset.az xəbər verir ki bu, Azərbaycan Premyer Liqasının 8-ci turunda "Səbail"ə qarşı matçda baş verib. Ağdam təmsilçisi səfərdə Bakı klubuna 1:3 hesabı ilə uduzub. 

Bununla da "Qarabağ"ın 16 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. "Səbail"lə  matça kimi "Qarabağ" təsnifat mərhələsi də daxil olmaqla Konfrans Liqasında 9 görüşdə, Premyer Liqada isə 7 matçda məğlub olmurdu. Komanda bu qarşılaşmalarda 11 qələbə, 5 heç-heçə etmişdi.


Loading...

Xəbər xətti

3 Dekabr 2021