Onların maaşı ilə bağlı QƏRAR verildi
23 Oktyabr 2024
23:45 - 14 İyun 2024
Növbəti mövsüm Ukrayna İkinci Liqasında çıxış edəcək “Vorskla-2”-ni qadınlardan ibarət milli komandanın sabiq futbolçusu İya Andruşçak çalışdıracaq.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “ağ-yaşıllar”ın vitse-prezidenti Oleq Lısak məlumat verib.
Andruşçak Ukrayna futbolu tarixində kişilərdən ibarət peşəkar komandanı çalışdıracaq ilk qadın məşqçi olacaq.
Xatırladaq ki, İya 2023-cü ilin noyabr ayından “Vorskla”nın gənclər komandasında fəaliyyət göstərib. Poltava komandası 19 yaşadək futbolçular arasında Ukrayna çempionatında 9-cu yeri tutub.
“Vorskla-2” daha əvvəl Andruşçakın rəhbərliyi altında gənclər komandasında çıxış etmiş gənc futbolçulardan formalaşacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin