8 yaşlı uşaq iynə vurulandan sonra öldü

23:19 - 25 Oktyabr 2021

8 yaşlı uşaq iynə vurulandan sonra öldü

Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Manşet.az xəbər verir ki, hadisə rayonun Vilvan kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini Kazımov Hüseyn Rəşad oğluna müalicə məqsədilə iynə (“prob” - Red) vurulub.

Bir qədər sonra uşağın halı pisləşib və o şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Report


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin