Kürdəmirdə də leysan fəsadlar törətdi

21:06 - 14 İyun 2024

Kürdəmirdə də leysan fəsadlar törətdi

Kürdəmirdə aramsız leysan fəsadlar törədib.

Manset.az xəbər verir ki, günün ikinci yarısında başlayan güclü yağışdan sonra əmələ gələn sel suları şəhərin bir çox küçəsində sürücü və piyadalara çətinlik yaradıb.

Bəzi küçələrdə suyun səviyyəsi artdığı üçün avtomobillərin hərəkəti çətinləşib.

Fərdi evlər, həyətlər və yardımçı tikliləri su basıb. Vəziyyətlə əlaqəli əraziyə canlı qüvvə və texnika cəlb edilib.



Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin