NATO-nun 500 min hərbçisi hazır vəziyyətdədir – Stoltenberq

19:46 - 14 İyun 2024

NATO-nun 500 min hərbçisi hazır vəziyyətdədir – Stoltenberq

NATO ölkələri öz hərbi imkanlarını artırır, hazırda alyansın 500 minə yaxın yüksək hazırlıqlı hərbçisi var.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlərinin görüşündən sonra bildirib.

“Biz hazırda NATO qüvvələrinin hazırlığını artırırıq. Müxtəlif strukturlarda 500 min NATO hərbçisi yüksək hazırlıq vəziyyətindədir, bu, Madriddə keçirilən sammitdə razılaşdırılandan xeyli çoxdur. Onlar bir neçə gün ərzində istənilən zəruri istiqamətə cəlb oluna bilərlər”, - deyə Stoltenberq vurğulayıb.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin