Deputat qohumunu işdən çıxarıb öz xanımını TƏYİN ETDİ
25 Noyabr 2024
17:15 - 14 İyun 2024
Uelsin Caerphilly şəhərində yaşayan Leisha Davies evdə 5 yaşlı qızı ilə tək olarkən huşunu itirib və köməksiz qalıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yanvar ayında bağırsaq əməliyyatından sonra ağırlaşmalardan əziyyət çəkən qadının qızı Poppi səhərə qədər çarəsiz gözləyib.
Səhər şahzadə paltarını geyinib, tacını taxıb və məktəbə gedib.
Poppi müəlliminə “Anam yerdə uzanıb yatır, onu oyada bilmirəm” deyib.
Təəccüblənən müəllimi vəziyyətin ciddi olduğunu anlayıb. Poppinin anası üçün kömək çağırıb. Onun septik şoka girdiyi və ağciyərlərindən birinin cəmi 15 faiz tutumla işlədiyi müəyyən edilib.
Təcili yardım helikopteri ilə daha böyük bir xəstəxanaya aparılan ana 3 həftə komada qaldıqdan sonra sağalıb.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin