Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yandı

22:55 - 25 Oktyabr 2021

Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yandı

Zaqatala rayonu ərazisində yerləşən məktəblərin birində yanğın olub.

Manşet.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun ən ucqar kəndlərindən biri olan Cimcimax kənd ümumi orta məktəbində qeydə alınıb.

Belə ki, anidən başlayan yanğına ilk müdaxiləni kənd sakinləri edib. Şəhər mərkəzindən 28 kilometr məsafədə yerləşən kəndə yanğınsöndürənlər çatana kimi yanğın sakinlər tərəfindən söndürülüb.

Yanğın nəticəsində məktəb direktorunun otağı və otağın yanar konstruksiyaları yanıb.

Qeyd edək ki, Cimcimax kənd ümumi orta məktəbində 56 şagird təhsil alır. Faktla bağlı araşdırma aparılır.

Report


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin