Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
25 Noyabr 2024
15:25 - 14 İyun 2024
Rusiya prezidenti Vladimir Putin İsveçrədə keçiriləcək Sülh Konfransı öncəsi sülh üçün şərtlərini açıqlayıb.
Manset.az xarici mənbələrə istinadən xəbər verir ki, Putin Ukraynanın Rusiyanın zəbt etdiyi 4 bölgədən geri çəkilməsini şərt qoyub.
Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşən Putin
-"Bizi İsveçrədəki konfransa dəvət etmədilər. Ukrayna və Avropa təhlükəsizliyinə Rusiya olmadan bir həll yolu tapmaq mümkün deyil",- deyə bildirib.
Putin Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xersondan çəkiləcəyi təqdirdə müharibəni bitirməyə hazır olduqlarını bildirib və geri çəkilən ukraynalı əsgərlərin təhlükəsizliyinə zəmanət verəcəklərini vurğulayıb.
Xatırladaq ki, iyunun 15-16-da İsveçrədə 90 ölkə və təşkilatın iştirakı ilə keçiriləcək Ukrayna Sülh Konfransına Rusiya dəvət edilməyib.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin