Məktəbdən intihar etdiyi deyilən şagirdlə bağlı AÇIQLAMA

22:31 - 25 Oktyabr 2021

Məktəbdən intihar etdiyi deyilən şagirdlə bağlı AÇIQLAMA

Bakı şəhəri 311 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 10 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq üçün II mərtəbənin pəncərəsindən aşağı tullanıb.
Manşet.az
xəbər verir ki, bu barədə məktəbdən APA-ya bildirilib.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili yardım çağırılıb, şagirdin valideyninə məlumat verilib.
3 saylı Şəhər Kliniki Xəstəxanasında şagirdin qaşına tikiş qoyulub.

Hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin