Məşhura həbs cəzası istənildi

12:34 - 14 İyun 2024

Məşhura həbs cəzası istənildi

Sosial media fenomeni Oğuzhan Uğur "BaBala TV" adlı hesabında 6 fevral 2023-cü ildə baş verən 2 böyük zəlzələnin ertəsi günü Kahramanmaraşın Kumçatı kəndindəki bəndin partladığı və Hatay Antakya Yarseli bəndinin çatladığına dair paylaşımlar edib və zəlzələ bölgəsindəki vətəndaşları narahat edərək axtarış qurtarma işlərində ləngiməyə səbəb olduğu üçün məhkəməyə verilmişdi.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq tamamlanıb.

Barajların çatladığına ilişkin paylaşımlar yapılmıştı: Fenomen Oğuzhan Uğur’a 4 yıl 6 aya kadar hapi

Hazırlanan iddianamədə 8 nəfər 'şikayətçi' olaraq qeyd edilib; Oğuzhan Uğur, Kaan Kayacan və Ercan Özdemir 'şübhəli' olaraq siyahıya alınıb.

İddianamədə şübhəlilər Oğuzhan Uğur, Kaan Kayacan və Ercan Özdemirin 'mətbuat vasitəsi ilə ictimaiyyəti çaşdıran məlumat yayma cinayətindən ayrı-ayrılıqda 1 il 6 aydan 4 il 6 aya qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi istənilib.

Yaxın günlərdə İstanbul Asliye Cəza Məhkəməsində şübhəlilərin məhkəməsi başlayacaq.

 

Fidan Əliyeva


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin