Çinli “Me Too” fəalı 5 il müddətinə azadlıqdan məhrum edildi

12:32 - 14 İyun 2024

Çinli “Me Too” fəalı 5 il müddətinə azadlıqdan məhrum edildi

Çinli "Me Too" fəalı və jurnalisti Huang Xueqin 1000 günlük həbsdən sonra "dövlət hakimiyyətini devirmək"də təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Huang tərəfdarları Çin səlahiyyətlilərinin fəalları sıxışdırmaq üçün milli təhlükəsizlikdən bəhanə kimi istifadə etdiyini bildiriblər.

Tərəfdarlar qeyd edib ki, 35 yaşlı müstəqil jurnalist Huang müraciət etməyi planlaşdırır.

Huanqla birlikdə mühakimə olunan 40 yaşlı işçi fəalı Vanq Jianbinq 3 il 6 ay həbs cəzasına məhkum edilib. Onun apellyasiya şikayəti verib-verməyəcəyi hələlik bəlli deyil.

Tərəfdarlar "Bu, sosial ədalətin dəyərinin inkarı və məhv edilməsidir, eyni zamanda vətəndaş cəmiyyətində mötədil səslərin inkarıdır. Bu, çox pis əlamətdir", - deyə bildirib.

İkili 2021-ci ilin sentyabrından Çin rəsmiləri tərəfindən həbsdədir və sabah onların həbs olunmasının üzərindən min gün keçir.

Onların tərəfdarları ötən il bağlı qapılar arxasında keçirilən dinləmə zamanı hər hansı qanun pozuntusunu inkar etdiklərini bildiriblər.

Huang və Vanqa qarşı ittihamlar, onların tez-tez çinli gənclər üçün keçirdikləri və sosial məsələləri müzakirə etdikləri görüşlərə əsaslanıb.

ABŞ, Danimarka, Fransa, Almaniya, Yeni Zelandiya və İngiltərədən olan konsulluq nümayəndələrinin məhkəməyə qatılmağa çalışdıqlarını, lakin içəri buraxılmadıqlarını bildirən iki diplomat mediaya müsahibə vermək səlahiyyətlərinin olmadığı üçün adlarının açıqlanmasını istəməyiblər.

Bu səhər Quançjou Xalq Aralıq Məhkəməsinin ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb. Polis məhkəmə üçün gələn izləyiciləri sorğu-sual edib.

Qeyd edək ki, “Me Too” hərəkatı Amerikada başlayan və bütün dünyaya yayılan cinsi təcavüzlərə qarşı qadınların səsini eşitdirdiyi hərəkatdır. Mənası "Mən də" olan hərəkat, qadınların məruz qaldıqları cinsi istismarı törədənləri ifşa etdiyi dünya miqyasında bir aksiyaya çevrilib. İfşa edilənlər arasında bir çox məşhur kişilər də olub.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin