Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
16:23 - 24 İyun 2021
Azərbaycanın Cəlilabad rayonunda dəhşətli hadisə baş verib.
Manset.az “Yeni Sabah”a istinadən xəbər verir ki, hadisə Uzuntəpə kəndində baş verib. Hadisədə zərərçəkmiş şəxs 2004-cü il təvəllüdlü Şükürova Gülnayə Bəxtiyar qızıdır.
Rayonun Edişə kəndindən olan 17 yaşlı G. Şükürova 3 ay bundan öncə rayonun Uzuntəpə kəndində Mirzəyevlər ailəsinə gəlin köçüb.
O, Mirzəyev İbrahim Cabir oğlu ilə ailə qurub. Lakin İ.Mirzəyev cinsi problemlərə görə ər funksiyasını yerinə yetirə bilməyib və G.Şükürovanın bəkarəti pozulmayıb.
Şükürovlar ailəsinin iddiasına görə, məsələnin bu cür olduğunu başa düşən Mirzəyevlər ailəsinin başçısı Cabir Mirzəyevin təklifi ilə digər oğlu Nicat Mirzəyev Gülnayənin razılığı olmadan ona təcavüz edib.
Zorlanmanın təkrar-təkrar baş verdiyini görən Gülnayə özünü öldürmək istəyib, lakin qayınatası və qayınanası onu sakitləşdirib, hədə-qorxu gəlib və bu hadisə haqqında heç yerdə danışmamağı tapşırıb.
Zorlanma hallarının dəfələrlə baş verdiyi müddətdə Gülnayənin öz ailəsi ilə ünsiyyətinə qadağa qoyulub. Bu da onun valideynlərində şübhə yaradıb.
Bir neçə dəfə Gülnayə ilə əlaqə yaratmaq, onun halını-əhvalını soruşmaq istəsələr də, mümkün olmayıb. 1 həftə öncə isə Gülnayə öz ailəsinə telefonla mesaj yazmağa nail olub və başına gələnlərin hamısını xəbər verib. Bu mesajdan sonra isə o yoxa çıxıb.
Hadisəni öyrənən Gülnayənin ailəsi polisə şikayət edib. Qızın qardaşı Daxil Şükürov açıqlamasında deyib ki, polis məlum olmayan səbəblərə görə nəticə əldə etməyə tələsmir:
“Polis bölməsində işə baxılmır. Onun sağ və ya ölü olduğu haqda heç bir məlumat vermirlər. Gülnayənin evdən getmək səbəbi qaynı tərəfindən təcavüz olub. Biz də kasıb ailəyik və nə edəcəyimizi bilmirik.
Biz o ailədən soruşuruq, dava edirlər, həyətdən qovurlar və polis çağırırlar. Deyirlər ki, xəbərləri yoxdur, Bakıya çıxıb gedib.
Sən nə bilirsən, Bakıya gedib? Amma hiss edirik ki, doğru danışmırlar. Gülnayə bizə mesaj yazdı və başına gələnlərin hamısını bildirdi.
Polisdə isə bacımın telefonu və telefon siqnalı nəzarətə götürülməyib. Gülnayənin yaxınları, onu tanıyan şəxslər və son dəfə görə biləcək şəxslər araşdırılmayıb və dindirilməyib.
Onun gəlin köçdüyü ailənin üzvlərindən bütün lazımi məlumatlar alınmayıb. Halbuki ona təcavüz edən Nicat Mirzəyev dəfələrlə bu əməlini kənddə başqa-başqa adamların yanında danışıb.
Bununla belə, onun barəsində heç bir hüquqi tədbir görülməyib. Bir neçə dəfə polis bölməsinə çağırılıb, sonradan müəmmalı səbəblərdən sərbəst buraxılıb”.
Hadisəni araşdıran Cəlilabad Rayon Polis İdarəsinin tədqiqatçısı Nasir Nəsirli “Yeni Sabah”a bildirib ki, hazırda iş üzrə araşdırma aparılır.
“Hadisə ilə bağlı itkin düşmə üzrə iş açılıb və axtarış aparılır. Əlaqəli şəxslərin izahatları alınıb. Qanunun tələb etdiyi bütün tədbirlər görülür”.
Təcavüzlə bağlı deyilənlərə gəldikdə tədqiqatçı bu iş üzrə də araşdırma aparıldığını bildirib: “Xanım tapılandan sonra əgər fakt təsdiqini taparsa, o zaman cinayət işi açılacaq”.
Bildirək ki, məsələ ilə bağlı Baş Prokurorluğun “qaynar xətt”inə də məlumat verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin