Dondurmanın içindən insan barmağı çıxdı - VİDEO

09:58 - 14 İyun 2024

Dondurmanın içindən insan barmağı çıxdı - VİDEO

Hindistanda kişi dondurmanın içində insan barmağı aşkar edib.
 

Manset.az xarici mediaya əsasən xəbər verir ki, Mumbay şəhərində sakin onlayn dondurma sifariş etmək qərarına gəlib. Sifarişini alıb deserti dadmağa başlayanda o, əsl şok yaşayıb. Kişi dondurmanın içərisində insan barmağı görüb.

Qeyri-adi tapıntı ilə alıcı polisə müraciət edib. Dondurma istehsalçısına qarşı iş açılıb. Polis dondurma qabını və insan orqanını məhkəmə-tibb ekspertizasına göndərib.

"İnsan barmağının ölçüsü təxminən 1,5 santimetrdir", - deyə sakin bildirib. 

 

 

Fidan Əliyeva


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin